Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO


TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. 

Yeniavaz.com xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib. 

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top