İran Əsədin düşmənlərinə 3 prinsipə əməl etməyi məsləhət görür

Səudiyyə Ərəbistanının Suriya danışıqlarında iştirakı şübhəsiz mümkün deyil, çünki Ər-Riyad Suriyanın hazırki prezidenti Bəşər Əsədin devrilməsinə çalışır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan deyib. O bildirib: “Onlar mövcud rejimi devirməyə çalışırlar. Buna çalışanlarla danışıqlar aparmaq olmaz. Onlara qətiyyətli cavab vermək lazımdır. Bu digərlərinə də aiddir”. Nazirin sözlərinə görə, böhranın həllini tapmaq asandır, bunun üçün bütün iştirakçılar üç Suriya prinsipi ilə razılaşmalıdırlar: “Birinci prinsip Suriyanın vahid dövlət kimi ərazi bütövlüyünün qorunmasıdır, ikinci prinsip – Suriya siyasi rejimi şübhə mövzusu ola bilməz. Hazırda orada Bəşər Əsəd var. Əgər onlar (Əsədin düşmənləri) bu üç prinsipi qəbul etsələr, o zaman müxalifət Suriyanın hakim rejimi ilə danışıqlar stolu ətrafına otura və tələblərini irəli sürə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top