İzmirdəki zəlzələ Yunanıstandan da yan ötməyib


Ötən gün baş verən mərkəzi Ege dənizinə düşən zəlzələ, Yunanıstanın Samos şəhərində də bir sıra binaların zədələnməsinə səbəb olub.
Yeniavaz.com
"İHA" ya istinadən xəbər verir ki, İzmir də daxil olmaqla bir çox vilayətdə hiss olunan zəlzələnin mərkəzinin Samos (Sisam) adası olduğu öyrənilib. Güclü zəlzələ Samosdakı bəzi kilsə və evlərə ziyan vurub.
Balkan yarımadasının ən böyük kilsəsi olaraq bilinən Karlovasidəki Məryəm Ana Kilsəsinin böyük bir hissəsi çöküb.
Yunanıstan Geologiya İnstitutunun direktoru Akis Tselentis, yenidən 6,2 bal gücündə zəlzələnin ola biləcəyinə diqqət çəkib.
Qeyd edək ki, zəlzələ, rixter şkalası üzrə zəlzələ 7.1 bal gücündə qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top