ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb. 

Yeniavaz.com xəbər verir ki, bəyanatda bildirilir ki, tərəflər bir sıra addımlar atmağa razılaşıblar:

“Razılaşmaya əsasən atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən tərəflər bir sıra addımlar atmağa razılıq veriblər:

- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq;
- Tərəflər, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) və ATƏT-in şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;
- Tərəflər bir həftə ərzində BQXK və ATƏT-in şəxsi nümayəndəsinə giriş və mübadilə təmin etmək məqsədi ilə həbsdə olan əsirlərin siyahısını çatdıracaqlar;
- Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.
- Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparacaqlar.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər".

DİGƏR XƏBƏRLƏR

Top