Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo 27 beynəlxalq informasiya agentliyinin versiyasına görə 2016-cı ilin idmançısı seçilib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz britaniyalı tennisçi Endi Marrey və Rio-2015 olimpiadasında üç qızıl medal qazanmış macarıstanlı Katinka Xossunu qabaqlaya bilib. Səsvermədə CTK (Çexiya), Belga (Belçika), Belta, (Belarus), ATA (Albaniya), BTA (Bolqarıstan), Fena (Bosniya və Herseqovina), Lusa (Portuqaliya) , SDA-ATS (İsveçrə), SHGSK (Kosovo), SID (Almaniya), Sita (Slovakiya), STA (Sloveniya), Tanjug (Serbiya), Sita (Slovakiya), DPA (Almaniya), Elta (Litva), Hina (Xorvatiya), Leta (Latviya), APA (Avstriya), ANP (Hollandiya), France Press (Fransa), Efe (İspaniya), Agerpress (Rumıniya), Moldpres (Moldova), TASS (Rusiya), Ukrinform (Ukrayna) və PAP (Polşa) agentlikləri iştirak ediblər. Ən yaxşı idmançıya mükafat Polşanın PAP nəşri tərəfindən təqdim edilir. Ronaldo 2016-cı ildə Çempionalar Liqasını, Avropa çempionatını, klublararası dünya çempionatını və dördüncü dəfə “Qızıl top”u qazanıb.