Ermənilər hərbi hissələrdən silahları oğurlayırlar - RƏSMİ


Ermənistanda hərbi hissələrdən silahlar oğurlanır.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, növbəti oğurluq hadisəsi Sisian şəhərindəki hərbi hissələrin birində qeydə alınıb.
Açıqlanan rəsmi məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Sisian şöbəsinin əməkdaşları oktyabrın 29-da saat 23:40 radələrində N saylı hərbi hissəsinin sürücüsü tərəfindən idarə edilən “Mitsubişi Pajero” markalı avtomobili saxlayaraq baxış keçiriblər. Baxış zamanı avtomobilin baqajından cüt lüləli ov tüfəngi tapılıb. Avtomobil Sisian polis şöbəsinə təhvil verilib. Polis şöbəsində aparılan axtarış zamanı  avtomobilin yük yerində bir ədəd tapança, müxtəlif çaplı güllələr, hərbi geyimlər, ayaqqabılar, çantalar, durbinlər, tibbi ləvazimatlar və s. tapılıb. Avtomobili idarə edən N saylı hərbi hissənin əsgəri silah və sursatdan xəbərsiz olduğunu, əvvəlcədən maşına yerləşdirildiyini bildirib.
Qeyd edək ki, bir-neçə gün əvvəl işğal altında olan Qarabağdan Ermənistan ərazisinə qeyri-qanuni yollarla silah daşındığı barədə məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top