Nazir: "Mənim də qızım birinci sinfə gedir, ona görə də..."


Təhsil Nazirliyinin brifinqində jurnalistlərdən biri Təhsil naziri Emin Əmrullayevdən birinci siniflərin distant təhsilə uyğunlaşmaqda yaşayacaqları çətinlikləri soruşub.
Yeniavaz.com
xəbər verir ki, nazir, öz qızının da birinci sinifdə təhsil aldığını bildirib və problemdən xəbərdar olduğunu deyib:
“Bu il mənim də qızım birinci sinfə gedir. Ona görə də bu situasiyanı evdə valideyn olaraq da müşahidə eləmək imkanım var. Görünən bundan ibarətdir ki, ən azı bizim evdə, uşaq birinci sinfə başladığı müddətdən daha çox onlayn təhsil gördüyü üçün təhsilin tamamilə onlayn olduğunu düşünür. Amma birinci və ikinci siniflərin bu vəziyyətdə daha çox təsirlərə məruz qaldığına inanırıq. Hal-hazırda bu mümkün deyil, amma ənənəvi təhsilə qayıdılan zaman ilk əvvəl birinci və ikinci siniflərin cəlb edilməsinin tərəfdarıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top