Polşa ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdıra biləcəyinə inanmır

Polşada ABŞ-la Rusiya arasında münasibətlərin normallaşa bilməsinə inanmırlar. Bununla əlaqədar "Yeniavaz.com"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Polşa Xarici İşlər naziri Vitol Vaşikovski deyib ki, ölkəsi Vaşiqtonla Moskva arasında anlaşma cəhdlərini zəruri hesab etsə də, bunun uğurla nətəcələnə bilməyəcəyi qənaətindədir. Vaşikovski WProst nəşrinə verdiyi müsahibəsində Reks Tillersonun ABŞ dövlət katibi təyin edilməsinə münasibət bildirib. O, Tillersonun geosiyasi rəqabətlə əlaqədar reallığı düzgün qiymətləndirəcəyinə ümid etdiyini bildirib:"ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri uğurla nətəcələnməyəcək" Vaşikovski Tillersonun xarici siyasət sahəsində respublikaçıların ənənəvi xəttini davam etdirəcəyini və Rusiyaya münasibətdə qətiyyətli siyasət yeridəcəyi qənaətində olduğunu vurğulayıb. Nazir "Tillerson Rusiyanı ciddi geosiyasi rəqib kimi qəbul edəcək",-deyib. Vaşikovski həmçinin qeyd edib ki, hələlik ABŞ-ın Rusiya siyasətində ciddi dəyişiklik görmür və yeni administrasiyanın rusyönlü lobbiçilik fəaliyyətinin şişirdilməsi ilə bağlı deyilənlərlə razıdır.

DİGƏR XƏBƏRLƏR

Top