İlhamə Quliyevanın köməkçisinə bəraət istənildi

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib: Hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır”.

Xatırladaq ki, prokuror M.Hüseynovanın 8 il müddətinə həbs edilməsini istəyib.

Proses dekabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib. lent.az

DİGƏR XƏBƏRLƏR

Top