
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fransa konsulluğuna hücum olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransa konsulluğuna hücum edən şəxs əlində küt alətlə mühafizəçiyə xəsarət yetirib. Şübhəli polis tərəfindən saxlanılıb. Yaralının isə həyati təhlükəsinin olmadığı bildirilib. Faktla bağlı araşdırma başladılıb.
Tətbiqimizi yükləyə bilərsiniz