Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçib

Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq məqsədilə bir neçə gündür gücləndirilmiş iş rejimində çalışır. Bunu DGK sədri Aydın Əliyev bildirib.

"Azərbaycan sərhədi yalnız sərhəd-keçid məntəqələrindən ibarət deyil. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq üçün ayıq-sayıq xidmət göstərir. Bəzi şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə hər hansı malların keçirilməsinə nail olur. Lakin biz bir neçə gündür gücləndirilmiş iş rejimində çalışırıq. Daxil olmuş məlumatlar əsasında biz bir neçə obyektdə yoxlama da həyata keçirmişik və qaçaqmalçılıq yolu ilə gətirilmiş və dövriyyəyə buraxılmış malların müsadirəsinə nail olmuşuq", - deyə komitə sədri qeyd edib.APA

DİGƏR XƏBƏRLƏR

Top