Paşinyan təcrübəli generalları yaxına buraxmır - "İravunk" qəzeti


Ermənistan hakimiyyəti birinci Qarabağ müharibəsində iştirak edən təcrübəli və yüksək rütbəli “hərbçiləri” hərbi qərargahın toplantılarında iştirak etməyə imkan vermir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, birinci Qarabağ müharibəsinin əsas iştirakçılarından olan 3 general - Vitali Balasanyan, Arşavir Qaramyan və Levon Mnatsakanyan hərbi qərargaha yaxın buraxılmırlar.
Qəzet yazır ki, Azərbaycan Ordusu Sünikin (Zəngəzur) qapılarına çatıb və bir neçə gündür Ermənistan sərhədində hərbi əməliyyatlar başlayıb, lakin hərbi işi yaxşı bilən və müharibədə irəliləyiş edə biləcək insanlar hərbi qərargahın işində tam şəkildə iştirak etmirlər. 
“İravunk” qəzeti öz mənbələrinə istinadən bildirir ki, separatçı rejimin başçısı Arayik Harutyunyan şəxsən bu prosesə qarışmır. Belə bir qərar Ermənistandan verilib. 
Məlumat üçün qeyd edək ki, adları qeyd olunan şəxslər əvvəllər separatçı rejimdə yüksək vəzifələr daşıyıblar. Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Robert Koçaryana yaxın şəxslər olduğu üçün onları sıxışdırmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top