ABŞ İsrailə dünyada yalnız öz inventarında olan 14 min kiloqram dağıdıcı bomba hədiyyə etməyə hazırlaşır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hədiyyənin verilməsi ilə bağlı təklifin cümə günü ABŞ Nümayəndələr Palatasına təqdim ediləcəyi bildirilib. Bombanın İran və Hizbullaha qarşı istifadə edilməsi nəzərdə tutulur. "Bunker Buster" adlanan GBU-57 bombası dəqiq şəkildə idarə oluna bilir. Nüvə başlığı olmayan bu bombanın ən möhkəm sığınacaqları belə məhv etdiyi bildirilir.