Bolqarıstan prezidenti: Rusiya Avropa İttifaqını daxildən dağıtmağa çalışır

Rusiya Avropa İttifaqını daxildən dağıtmağa çalışır. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib. Onun sözlərinə görə, Rusiyanın Bolqarıstanda və digər Avropa ölkələrində antiavropa partiyalarını və kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə dair çoxlu əlamətlər var. Bolqarıstan lideri hesab edir ki, Rusiya vaxtilə SSRİ kimi eyni məqsədi güdür – Avropanın zəiflədilməsi. Xatırladaq ki, R. Plevneliyevin səlahiyyətləri gələn ay başa çatır. Noyabrda bu ölkədə keçirilmiş prezident seçkilərində Bolqarıstan Sosialist Partiyasının namizədi Rumen Radev qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top