Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olub

ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ prezidenti yenə də vəziyyətin normallaşacağına ümid etdiyini bildirib.

Xatırladaq ki. oktyabrın 25-də Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə Dağlıq Qarabağ regionunda humanitar atəşkəslə bağlı razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top