Rusiya prezidenti Vladimir Putin Krım yarımadasının qaz nəqli sisteminin ölkənin qaz kəmərləri magistralına qoşulmasından sonra Rusiyanın materik hissəsindən Krıma qazın verilişinə start verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qaz kəmərinin ümumi uzunluğu 358,7 kilometrdir. Onun işə salınması Krımın bütün kateqoriyadan olan istehlakçılarına sabit qaz tədarükünü təmin etməyə imkan verəcək.