"Ermənistan ordusunun Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb" - YENİLƏNİB



“Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib. 
 
***17:44
“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”, - deyə H. Hacıyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top