Ermənilər Türkiyənin Beyrutdakı səfirliyi qarşısında təxribat törətdi


Türkiyənin Beyrutdakı səfirliyi qarşısına toplaşan Erməni Daşnak Partiyasının bir qrup üzvü təhlükəsizlik qüvvələrinə hücum edib.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, ermənilər, Türkiyənin Azərbaycana  dəstəyinə etiraz məqsədilə səfirliyə hücum edib. Hücumçular Türkiyə səfirliyinə daxil olmaq istəyib. Türkiyə səfirliyini qoruyan Livan təhlükəsizlik qüvvələri əllərində Ermənistan bayraqlarını tutan etirazçıların binaya girməsinə mane olub. Etirazçılar əllərindəki daş və fişənglərlə təhlükəsizlik qüvvələrinə hücum edib.

DİGƏR XƏBƏRLƏR

Top