Fransanın “Le Monde” qəzeti Dağlıq Qarabağla bağlı məqaləyə, “Ermənistanı qorxu bürüyür” başlığı qoyulub.
Yeniavaz.com Fransa mətbuatına istinadən xəbər verir ki, cərrah Mikayal Manoukian Ermənistandakı vəziyyəti belə izah edib: “Dağlıq Qarabağda yaralananların əksəriyyəti iyirmi yaşlarında olan əsgərlərdir. Onları Ermənistanın paytaxtı İrəvanın ən böyük xəstəxanalarından biri olan “Erebouni” xəstəxanasına gətirirlər. 90% -ayaqlarından yaralanıb və amputasiya edilib. Xəstəxananın reanimasiya bölmələri və yüzlərlə çarpayı doludur. Məğlub olan üzlər və ailələr sükut içində dəhlizlərdə gözləyirlər. Digərləri yaxınlarının taleyi barədə heç bir şey bilmirlər”.