Atletlər kəndindəki evlər satışa çıxarılacaq

Bakıda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsindən sonra Atletlər Kəndi şirkətə qaytarılacaq.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, İslam Həmrəylik Oyunlarından sonra qarşıda elə böyük idman tədbirinin keçirilməsi gözlənilmir:

"Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq".

A.Rəhimov əlavə edib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsinə ümumilikdə 100 milyon dolların xərclənməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top