Hikmət Hacıyev: "Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik"


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, “Azərbaycanın bu problemin həlli üçün nəyi güzəştə gedə bilər?” sualını cavablandıran Prezidentin köməkçisi qeyd edib ki, bizim qırmızı xətlərimiz var: “Bu, bütün dünya dövlətlərinə də aiddir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bütün dünyada qəbul edilən məsələdir, hər bir xalq və dövlət üçün müqəddəs məsələdir. Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik. Bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Lakin Qarabağ və ətraf rayonların işğalı problemi var. Birinci hədəfimiz işğala son qoymaqdır. Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün ərazilərimizdən çıxmalıdır və azərbaycanlı köçkünlər, həmçinin Dağlıq Qarabağa geri qayıtmalıdır. Onların sayı 80 min nəfərdən çoxdur. Lakin bu, Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarının pozulması da demək deyil. Onlar burada qalmalıdırlar. Onlar azərbaycanlılarla birlikdə yaşaya biləcəklər. Onların yaşayışı təmin ediləcək. Elə yol tapa bilərik ki, onlar öz işlərini özləri də idarə edə bilərlər. Qarşılıqlı razılıq əsasında özünüidarə formasına da nail olmaq mümkündür. Dünyada buna oxşar nümunələr vardır. Biz bu nümunələrə baxa bilərik. Lakin Ermənistan bunu qəbul etməlidir. Ermənistan bunu qəbul etmir. Onun aydın hədəfi budur ki, işğal etdiyi ərazilərə azərbaycanlıların qayıtmasını əngəlləsin və əraziləri ilhaq etsin”.

DİGƏR XƏBƏRLƏR

Top