Nazirlikdən Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub barədə AÇIQLAMA


Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycanın Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.
Yeniavaz.com Apa-ya istinadla xəbər verir ki, Maliyyə Nazirliyindən bildirilib.
"Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir", - nazirlikdən bildirilib.
Maliyyə Nazirliyi Azərbaycan xalqını bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

DİGƏR XƏBƏRLƏR

Top