Qardaş ölkədə mədrəsə partladıldı – Ölən və yaralananlar var - VİDEO


Pakistanın Xeybər Pahtunva əyalətində mədrəsədə partlayış baş verib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayışda 7 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb. Yararlılar arasında uşaqların da olduğu bildirilir. Yerli mətbuat orqanlarının məlumatına görə, partlayış Quran dərsi vaxtı baş verib.
Polis rəisi Mənsur Aman, ilkin yoxlama hesabatlarının nəticəsini açıqlayıb. Mənsur Aman, açıqlamasında, partlayış vaxtı 5 kiloqram partlayıcıdan istifadə edildiyini ifadə edib.
Qeyd olunur ki, partlayış yerinə xeyli sayda təcili yardım və xilasetmə qrupları cəlb olunub. Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top