Nikol Paşinyanın arvadı Anna Akopyan sabahdan 13 qadınla birlikdə təlimlərə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib.
Anna təlimlərdən sonra "vətən"i qorumağa gedəcəyini bildirib. Qeyd edək ki, bundan əvvəl A.Akopyan qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istədiyini bildirmişdi. Həmin təlimlərdə 18-27 yaş arası qadınların iştirakı nəzərdə tutulurdu.
Ermənistan baş nazirinin arvadının qadın dəstə ilə birgə hərbi təlim "şou"su əslində düşmən ordusunun necə bir acınacaqlı vəziyyətdə olduğundan xəbər verir.