Cənubi azərbaycanlı soydaşımız: “Tehrandan Qarabağa qədər ayaqyalın gedərəm"


“Eşidib və görürük ki, dünyanın hər bir nöqtəsindən kasıb, uşaq öldürən, faşist Ermənistana istər silah, istərsə də pul yardımları edilir. Bildirirəm ki, Cənubi azərbaycanlılar sizin arxanızda dayanıb. Biz də bu yolda, öz bacı-qardaşlarımıza yardım edərik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri cənubi azərbaycanlı soydaşımız deyib. Soydaşımız bildirib ki, bilsəm terroristlər bizim torpaqları mənimsəyirlər,Tehrandan Qarabağa qədər ayaq yalın gedərəm:
“Azərbaycanın düşmənləri bilsinlər ki, biz bir qarış torpağmızı vermərik. Qarabağ bizim ata-baba torpaqlarımızdır və bizə yadigar qalıbdır. İrəvan, Xankəndi hamısı əcdadlarımızın torpaqlardır. Bütün terroristləri PKK, YPG qruplarını Qarabağa yığıblar ki, ermənilərə yardım eləsinlər. Onlar türklərə qarşı soyqırım etmək istəyirlər. Bilsinlər ki, Qarabağ torpaqları PKK və YPG-nin qəbiristanlığı olacaq. Yaşasın, Azərbaycan! Yaşasın, Qarabağ! Qarabağ əbədi Azərbaycan torpaqlarıdır! Can verərik, bir qarış torpaq vermərik!”

 

DİGƏR XƏBƏRLƏR

Top