Erməni əsgərlərin acınacaqlı durumu: “İki gündür acıq” - FOTO + VİDEO


Sosial şəbəkələrdə erməni hərbçilərinin yeni görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, “facebook”da yayımlanan yeni görüntülərdə erməni hərbçiləri iki gündür ac olduqlarını, vəziyyətlərinin getdikcə ağırlaşdıqlarını bildirirlər. Samvel Avaqyan adlı sosial şəbəkə istifadəçisi videonu  “Azərbaycanlılara ehtiyac yoxdur, içimizdəki düşmənlər bizə genosid edir” başlığı ilə paylaşıb.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir: “Baxın, artıq ikinci gündür... bu Armavir polis bölməsidir, qalanları da başqa rayonların bölmələridir. Qalmışıq yağışın altında. Üçüncü gündür, ac-susuz burada qalmışıq. Çörəyimiz yoxdur, burada nə əsgər var, nə də ki başqa adamlar. Bizi bura atıb gediblər. Biz heç kimə lazım deyilik. Görün nə vəziyyətdəyik. Artıq üçüncü gündür hamımız bu vəziyyətdəyik. Uşaqlar, gəlin silahlarımızı götürüb aşağı enək. Polis nə etsin? Belə yerdə qalmaq olar? Baxın vəziyyətimizə”.
Qeyd edək ki, həmin görüntülərin altına çox sayda ermənilər şərh yazıb. Onlardan bir neçəsini təqdim edirik:
Artsuni Avetisyan: “Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, qoyunlarımız hələ də xain Nikloya dözürlər”
Lucie Gevorgyan: “Azərbaycanlılar bizə baxıb əylənirlər. Bu videonu aidiyyatı qurumlara göndərib sonra yayın.
Gagik Şermazanyan: “Cəbhədə olan bu 18 yaşlı uşaqlar niyə kərtənklə kimi ağlayırlar? Mitinqlərdə insanları təkləyib döymək asan idi, müharibə necədir?



 

DİGƏR XƏBƏRLƏR

Top