Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.