"Kişi kimi Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədi " - İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışı vaxtı Minsk qrupu həmsədrlərinin Qarabağ məsələsi ilə bağlı sənədlərin dəyişdirilməsinin istənilməsi məsələsinə də toxunub.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev çıxışı zamanı münaqişənin həlli üçün kifayət qədər hüquqi baza olduğunu vurğulayaraq, deyib: “Biz bu bazanı genişləndirmişik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər də mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı suverenliyimizin, sərhədlərimizin toxunulmazlığı haqqında, ərazi bötüvlüyümüz haqqında xüsusi müddəalar var. Yəni bu hüquqi bazadır. Bu baza bizə imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək. Qovaq onları”.
Prezident İlham Əliyev çıxışında Minsk qrupunun həmsədr ölkələrinin BMT Təhlükəsizlik Şurasının ard-arda çağırdığı iclasa və ortaya çıxarılmış yeni sənədə qarşı da mövqeyini bildirib: “Baxın, bu yaxınlarda nə baş verib? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu eləmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etməyib. Bu dəfə də bir neçə gün bundan əvvəl yeni sənədin ortaya çıxdığından xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, 3 həmsədr ölkəsi digər BMT Təhlükəsizlik Şurasına üzv ölkələrinə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsəd aydın idi. 1993-cü ildə qəbul edilmiş qətnamələr, harada deyilib ki, Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. İstəyirlər ki, onlar kölgədə qalsın. Onlar arxada qalsın. Ya qüvvədən düşsün, ya da öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Nə qədər ədalətlidir? Yenə işğalçıya dəstək göstərmə cəhdini gördük. Amma nəticədə nə oldu? Keçmədi. Necə keçmədi? Kişi kimi Qoşulmama Hərəkatı üzv ölkələri buna imkan vermədi. Bizə dəstək göstərdilər. Sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq olundu. Bəlkə də hədələr olundu. Amma bizim arxamızda durdular kişi kimi. Necə ki, biz onların arxasında dururuq”.

DİGƏR XƏBƏRLƏR

Top