"5 rayonun qaytarılması məsələsini deyirdilər, 5 rayondan 4-ü artıq bizdədir"


"5 rayonun qaytarılması məsələsini deyirdilər, 5 rayondan artıq 4-ü bizdədir. Vasitəçilər gedib başqa bir şey fikirləşsinlər. Yığılmışıq boğaza, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri  Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Prezident bildirib ki, Füzuli, Zəngilan, Cəbrayıl, Hadrut və Qubadlının çox hissəsi bizdədir: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik. Cenevrədə Xarici İşlər nazirləri görüşəcək. Mən etiraz etmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki... 28 il ərzində o qədər mənasız görüşlər olub ki, qoy 29 oktyabr görüşü də olsun. Mən demirəm ki, bunlar mənasız görüşlərdir. Yox. Biz istəyirik ki, bu görüşlərin mənası olsun, münaqişənin həllini tezləşdirsin. Ermənistan havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, bizim torpaqlardan çıxsınlar. Bir sözünüzlə onlar çıxar".

DİGƏR XƏBƏRLƏR

Top