Azərbaycana 38 mindən çox avtomobil gətirilib


Bu ilin yanvar-sentyabr ayında Azərbaycana xaricdən 38 min 632 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. 
Yeniavaz.com
 Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 462 milyon 654 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 11 min 976 dollar (20 min 359 manat) olub.
Hesabat dövrü ərzində Azərbaycana 36 min 36 ədəd minik avtomobilləri, 129 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 377 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 90 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bundan başqa xaricdən 3 min 678 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top