"Minsk qrupunun fəaliyyəti nədir? İşğalçıya təzyiq edə bilirmi?" - İlham Əliyev


“Minsk qrupunun fəaliyyəti göz qabağındadır. 3 ölkə bu məsələ ilə bağlı məşğul olmağa başladı. Ermənistan istəyirdi ki, daima danışıqlar getsin. Daima bizim başımızı aldatsınlar. Dondurulsun, əbədi qalsın bu məsələ. Bəs Minsk qrupunun fəaliyyəti nədir? İşğalçıya təzyiq edə bilirmi? Yox. Təzyiq etmək istəyibmi? Yox. Dəfələrlər mən onların qarşısında məsələ qaldırmışdım. Əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Bu sizin əlinizdədir”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Prezident qeyd edib ki, beynəlxalq hüquq işləmir: “27 ildir biz gözləyirik ki, qətnamələr icra edilsin. Amma edilmədi”. 

DİGƏR XƏBƏRLƏR

Top