
Ermənistanda COVİD-19-a yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Ermənistanda son 24 saatda 2314 nəfər koronavirusa yoluxub, 23 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə, Ermənistanda COVİD-19-a yoluxanların ümumi sayı 78 min 810-a, ölənlərin sayı isə 1196-ya çatıb.