Ebolanın yeni müalicə metodu təsdiqləndi


Dünyanın ən ölümcül xəstəlikləri sırasında yer alan Ebolanın yeni müalicə metodu təsdiqlənib.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, ABŞ-ın Qida və Dərman İdarəsi laboratoriyada təkmilləşdirilən antikorların Ebolaya qarşı müsbət təsir göstərdiyini açıqlayıb:
“Həmin antikorlar səbəbilə orqanizmdə immunitet sistemi yarandı və virusun hüceyrələrə daxil olma qabiliyyətini azaldıb”. 
Bu səbəblə ABŞ-ın Qida və Dərman İdarəsi həmin metodun Ebola virusuna yoluxmuş xəstələrin müalicəsində istifadəsini təsdiqlədiyini açıqlayıb. 
Qeyd edək ki, həmin virusa ilk dəfə 1976-cı ildə Ebola çayının yaxınlığında rast gəlinib. Dünyada ən təhlükəli viruslar sırasındadır.

DİGƏR XƏBƏRLƏR

Top