Cəbhədə erməni yeniyetmənin döyüş topunu işə salması ilə bağlı yayılan videoya Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, H.Hacıyev bunu müharibə cinayəti adlandırıb: “15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur”.
Hikmət Hacıyev paylaşımda UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsini də işarəliyib.
Video shows that #Armenia employes #childsoldiers. Needs to be investigated.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020
Recruiting and using children under the age of 15 as soldiers is prohibited under international humanitarian law – treaty and custom – and is defined as a #warcrime by ICC. @UNICEF @ICRC pic.twitter.com/5drTp1Euvx