Hikmət Hacıyev erməni təxribatı nəticəsində ölən Rusiya vətəndaşından yazdı - FOTO


“Həyat və gələcəklə bağlı böyük xəyalları olan bu yaraşıqlı, 13 yaşlı yeniyetmə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində ağır yaralanmış Rusiya vətəndaşı Mayakov Maksim Vasilyeviçdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb. O bildirib ki, M. Mayakov bu gün həlak olub: “ O, xalasıgilə qonaq getmişdi”.
Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top