Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son 24 saatda 16 min 521 nəfər koronavirusa yoluxub, 296 nəfər isə həmin xəstəlikdən vəfat edib. Nəticədə həmin ölkədə COVID-19-a yoluxanların sayı 1 milyon 497 min 167-yə, ölənlərin sayı isə 25 min 821-ə çatıb. 1 milyon 130 min 818 nəfər isə müalicə alaraq sağalıb.