Bolgarıstanın baş naziri karantində alındı


Bolqarıstanın Baş naziri Boyko Borisov, Regional İnkişaf Nazirinin müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxmasından sonra özünün də karantinə aldığını deyib.
Yeniavaz.com
"CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesabında açıqlama verib. Nazir PCR testindən keçdiyini və nəticənin neqativ çıxdığını bildirib. O, testin ABŞ nümayəndə heyəti ilə görüşmədən əvvəl edildiyini vurğulayıb. Onun sözlərinə görə, nazir, hər dəfə ölkələrarası iclaslar və səyahətlərdən əvvəl testdən keçir.
Borisov, nazir müavini Nankovla 5 gün əvvəl ünsiyyətdə olduğunu, rəsmilərdən təlimat gözlədiyini və o vaxta kimi isə karantində qalacağını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top