Biləsuvarda çoban qətlə yetirilib FOTO

Biləsuvar rayonunda çoban həmkarının övladları tərəfindən qətlə yetrilib.

"Yeniavaz.com" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Muğan adlanan ərazisində baş verib.

Əslən Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən ayrılıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin cansız bədəni qonşuluqdakı çobanın həyətində aşkar olunub.

Mərhumun atasının sözlərinə görə, Nabil həmkəndliləri Fəqan, Xosrov, Sarvan Orucəliyevlər və onların bacısı Dilarə Orucəliyeva tərəfindən bıçaqlanaraq qətlə yetrlib. Hazırda Fəqan Orucəliyev və Dilarə Orucəliya polis tərəfindən saxlanılıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

DİGƏR XƏBƏRLƏR

Top