İlham Əliyev: "TAP boru kəmərinin açılışı bir neçə həftə ərzində reallaşacaq"


"TAP boru kəmərinin işi yekunlaşıb. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
İlham Əliyev, müsahibəsində ermənilərin Azərbaycanın təbii qazını Şahdəniz 2 yatağı ilə Avropaya daşıyacaq Trans-Adriatik Təbii Qaz Boru Kəmərinə (TAP) qarşı etdikləri təhdid məsələsinə də toxunub. Azərbaycan Respublikasının Prezidenti, ermənilərin belə bir addım atacağı təqdirdə bunun cavabsız qalmayacağını və kəmərlərin daim qorunduğunu bildirib:
“Bir çox ölkə və təşkilat bu boru kəmərlərinə milyardlarla dollar sərmayə qoyub. Ermənistan bu boru kəmərlərinə hücum edərsə, bu ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Əgər Ermənistan bu xətlərə hücum edəcəksə, iki dəfə düşünməli olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top