Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19 səbəbilə ölənlərin sayı 1 milyon 144 min 255-ə, yoluxanların sayı isə 42 milyon 86 min 550-yə çatıb. Bu günə qədər 31 milyon 232 min 416 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Orada 8 milyon 664 min 365 nəfər COVİD-19- yoluxub, 228 min 423 nəfər isə həmin xəstəlikdən vəfat edib. 
İkinci yerdə Hindistandır. Hindistanda 7 milyon 763 min 67 nəfər yeni növ koronavirusa yoluxub, 116 min 644 nəfər isə vəfat edib. 
Üçüncü sırada Braziliyadır. Həmin ölkədə 5 milyon 332 min 634 yoluxma halı qeydə alınıb, 155 min 962 nəfər isə COVİD-19 səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top