
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2016-cı ilin ən yaxşı hakimlərini seçib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il Avropa çempionatı və Çempionlar Liqasının finalını idarə edən ingiltərəli Mark Klattenburq 141 xalla ilk dəfə ilin hakimi seçilib. 2014 və 2015-ci illərin qalibi olan italiyalı Nikola Ritsoli 65 xalla ikinci, 2011-ci ilin ən yaxşısı macarıstanlı Viktor Kaşay isə 55 xalla üçüncü olub. Ötən ilin üçüncüsü türkiyəli Cüneyt Çakır bu dəfə 28 xalla 5-ci yerdə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz