Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”

“Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir”.

Bu sözləri qrossmeyster Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb. Zəngilanın Genlik kəndinin ordumuz tərəfindən işğaldan azad olunması xəbərinə sevinən şahmatçı bildirib: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökumətimiz!”

Şəhriyar Məmmədyarov onunla şahmat oynamaq istəyənlərə də səslənib: “Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.

DİGƏR XƏBƏRLƏR

Top