Putin: "Rusiyanın təkcə Ermənistanla deyil, həm də Azərbaycan ilə xüsusi münasibətləri olub"


"Rusiyanın təkcə Ermənistanla deyil, həm də Azərbaycan ilə xüsusi münasibətləri olub". 
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday klubu”nda etdiyi növbəti çıxışı zamanı deyib.
Putin deyib ki, bizim üçün Ermənistan və Azərbaycan bərabər səviyyəli tərəfdaşdır:
“Əvvəldən, Dağlıq Qarabağ və kimi dəstəkləməyimizdən başlayaq. Siz dediniz ki, Rusiyanın həmişə Ermənistanla xüsusi əlaqələri olub. Ancaq bizim həmişə Azərbaycanla da xüsusi əlaqələrimiz olub. Rusiyada iki milyondan çox erməni və iki milyona yaxın azərbaycanlı yaşayır. Bunlar yalnız müvəqqəti qazanc arxasınca gələnlər deyil, həm də burada demək olar ki, daimi yaşayan insanlardır”, - deyə V.Putin bildirib.
Rus prezident qeyd edib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır: “Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top