Deputat: "Şuşada və Xankəndidə Süni İntellekt Araşdırmaları Mərkəzi quracağıq" - VİDEO


"Bir az əvvəl AŞPA-nın daimi komitəsinin iclasında süni intellektlə bağlı çıxış etdim və tezliklə Şuşada və Xankəndidə Süni İntellekt Araşdırmaları Mərkəzi quracağımızı avropalı parlamentarilərin diqqətinə çatdırdım".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, sözügedən iclasda ermənilər isə mövzudan kənara çıxaraq Azərbaycan dronlarından danışıblar.

DİGƏR XƏBƏRLƏR

Top