Güclü qar Britaniyada həyatı iflic edib

Şotlandiyanın şimalına yağan güclü qar özü ilə böyük fəsadlar əmələ gətirib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, güclü qar nəqliyyatın fəaliyyətinə mane olub. Saniyədə 42 metr sürəti ilə əsən külək bir çox yerlərdə təbii fəlakətlərə səbəb olub. Qeyd edək ki, hökumət hələ öncədən "Konor" fırtınasının yaxınlaşması və onun gətirə biləcəyi fəsadlar barədə əhaliyə xəbərdarlıq etmişdi. Pis hava səbəbindən gəmi və hava nəqliyyatının fəaliyyəti tam və ya qsimən dayandırılıb. Hazırda güclü külək və qar Şotlandiyanın mərkəzi hissəsini də öz ağuşuna alıb. Böyük Britaniya meteoroloji xidməti Şotlandiyanın mərkəzi hissəsində küləklərin tuğyna etməsi və güclü qar yağdığını bildirib. Hələlik Böyük Britaniyanın fövqəladə hallar xidməti güclü tufan və qar nəticəsində zərər çəkənlər barədə məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top