
İran və Avrasiya İqtisadi İttifaqı azad ticarət zonasının yaranmasına gətirib çıxaracaq müvəqqəti saziş bağlaya bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarqsyan deyib. Onun sözlərinə görə, İran prezidenti belə bir sazişin bağlanmasında maraqlı olduğunu ifadə edib: “Ermənistan Avrasiya İqtisadi İttifaqı və İran arasında danışıqlar prosesinə aktiv yardım edir. Məqsədimiz bu sazişin daha tez imzalanmasıdır. İranla quru sərhədi olan Avrasiya İqtisadi İttifaqının yeganə üzvü Ermənistandır. Ermənistan İttifaqda tərəfdaşlarımızın Fars körfəzinə və Hind okeanına rahat və təhlükəsiz çıxışı üçün platforma yaradacaq tikintisi aparılan dəhlizə, eləcə də nəqliyyat və logistik infrastrukturun inkişafına önəm verir”.
Tətbiqimizi yükləyə bilərsiniz