İdarə rəisi vəzifəsindən azad olundu - FOTO


Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com APA-ya istinadən bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Qeyd edək ki, M. Şükürov 2015-ci il noyabr ayından Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı. 
O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.
Onun yerinə hələlik təyinat olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top