Rus təyyarələri İdlibə hücum edib – 5 mülki şəxs yaralandı


Rusiyaya məxsus hərbi təyyarələr, Suriyanın İdlib vilayətinə hava hücumu edib.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, məlumat İdlib Mülki Müdafiə xidmətinin zabiti Həsən əl-Əhməd tərəfindən verilib. Onun sözlərinə görə hücum zamanı 5 mülki şəxs yaralanıb və onlardan 2-si uşaqdır.
Zabit, həmçinin bildirib ki, mülki müdafiə xidmətinin əməkdaşları dağıntılar arasında axtarış işlərini davam etdirir.
 

DİGƏR XƏBƏRLƏR

Top