Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək


Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bunu Report-a Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini ititən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək", - deyə, Ə.Əhmədov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top