İlham Əliyev: "Ermənistanı diz çökdürmüşük"


"Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük".
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, onlara layiq olan yeri göstərmişik: “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü!”.

DİGƏR XƏBƏRLƏR

Top